Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakı, 27 yanvar, AZƏRTAC
2025-ci ildə Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri əvvəlki illə müqayisədə 16,1 faiz azalaraq 10 milyard 266,3 milyon manat olub.
AZƏRTAC ARDNF-in 2025-ci ilin yanvar-dekabr ayları üzrə gəlir və xərclərinə dair hesabatına istinadən xəbər verir ki, mənfəət neftinin və qazın satışından 9 milyard 497 milyon manat (17,1 faiz azalma), bonus ödənişləri və tranzit gəlirləri 765,7 milyon manat (1,6 faiz azalma), akrhesabı ödənişlər 3,6 milyon manat (sabit qalıb) gəlir əldə edilib.