Dövlət Neft Şirkəti Qərbi Afrikada hasilat payı qazanıb

18.09.2026

Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və İtaliyanın “Eni S.p.A.” şirkəti arasında Kot-d”İvuarda yerləşən “Baleine” neft-qaz yatağının işlənməsi layihəsində 10 faiz iştirak payının əldə olunması prosesi yekunlaşıb.

Dövlət Neft Şirkətindən verilən məlumata əsasən, əməliyyat bütün tələb olunan təsdiqlərin alınması və zəruri şərtlərin icrası ilə yekunlaşdırılıb. Nəticədə, “Baleine” layihəsi səhmdarlarının iştirak payları dəqiqləşib, layihə iştirakçıları isə “Eni” (37,25 faiz), “Vitol” (30 faiz), “Petroci” (22,75 faiz) və SOCAR (10 faiz) şirkətləridir.

Bu satınalma SOCAR-ın Afrikanın “upstream” sektoruna daxil olmasını təmin etməklə yanaşı, şirkətin bu sahədə qlobal fəaliyyətini genişləndirməyə yönəlmiş uzunmüddətli strategiyasına da töhfə verəcək.

Qeyd edək ki, 2021-ci ildə kəşf edilmiş “Baleine” son dövrlərdə Qərbi Afrikada aşkar edilmiş ən böyük neft-qaz yataqlarından biri hesab olunur. Bu nəhəng dəniz neft-qaz yatağında hasilata 2023-cü ildə başlanılıb. “Baleine” həm də Afrikada xalis sıfır emissiya göstərili ilk dəniz neft-qaz layihəsidir.

XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью