Dövlət orqanlarında çalışan xadimə, dalandar, bağban və fəhlələrin maaşı artırılıb | Icma.…
Apa.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Dövlət orqanlarında çalışan dövlət qulluqçusu olmayan işçilərin (qeydiyyatçı, nəzarətçi, təsərrüfat işçisi, xadimə, dalandar, bağban, gözətçi, ocaqçı, ixtisas dərəcəsi olmayan fəhlə və s.) aylıq vəzifə maaşları artırılıb.
APA-nın xəbərinə görə, Nazirlər Kabineti bu barədə qərar verib.
Qərara əsasən, dövlət orqanlarında çalışan dövlət qulluqçusu olmayan işçilərin (qeydiyyatçı, nəzarətçi, təsərrüfat işçisi, xadimə, dalandar, bağban, gözətçi, ocaqçı, ixtisas dərəcəsi olmayan fəhlə və s.) aylıq vəzifə maaşları 2025-ci il yanvarın 1-dən aşağıdakı məbləğdə müəyyən edilib: Sıra №-si Kateqoriyalar üzrə dövlət orqanları Aylıq vəzifə maaşının məbləği (manatla) 1.
Ali kateqoriya dövlət orqanlarında 460 2. 1-ci kateqoriya dövlət orqanlarında 445 3. 2-ci və 3-cü kateqoriya dövlət orqanlarında 425 4.
4-cü və 5-ci kateqoriya dövlət orqanlarında 400 Aylıq vəzifə maaşlarının məbləğləri müəyyən edilən işçilərin mükafatlandırılması məqsədilə hər il növbəti il üçün təsdiq edilən dövlət büdcəsində onların çalışdıqları dövlət orqanları üzrə həmin işçilər üçün müəyyən olunmuş aylıq vəzifə maaşının 3 misli həcmində əlavə vəsait nəzərdə tutulur.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu