Dövlət Proqramı çərçivəsində 2026 2027 ci tədris ili üzrə sənəd qəbuluna başlanılır

15.04.2026

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı” çərçivəsində 2026/2027-ci tədris ili üçün dünyanın nüfuzlu universitetlərinin bakalavriat, magistratura və doktorantura səviyyələri üzrə sənəd qəbulu aprelin 15-dən açıq elan olunur. Sənədlər iyunun 5-dək qəbul ediləcək.

XQ xəbər verir ki, bu barədə Dövlət Proqramı İdarəetmə Qrupu məlumat yayıb.

Xatırladaq ki, yanvarın 12-də Dövlət Proqramı çərçivəsində təsdiqlənmiş ali təhsil müəssisələri və təhsil proqramlarının yenilənmiş siyahısı ictimaiyyətə təqdim olunub.

Proqrama müraciət üçün əsas şərtlərdən biri məhz sözügedən siyahıda yer alan proqramlardan biri üzrə qəbul sənədinin əldə edilməsidir.

Müvafiq siyahıda yer alan təhsil proqramları ilə yanaşı, “Times Higher Education”, “QS World University Rankings” və “Academic Ranking of World Universities (Shanghai)” reytinq sistemində yalnız “universitetlər üzrə top 10”da yer almış ali təhsil müəssisələri tərəfindən təqdim olunan, siyahıda yer almayan istənilən ixtisas sahəsi üzrə bakalavriat, magistratura və doktorantura proqramlarına qəbul almış şəxslər mövcud istisnalar nəzərə alınmaqla Dövlət Proqramına müraciət edə bilərlər. Bu il “TOP 10” sıralamasında yer alan ali təhsil müəssisələrinə və doktorantura səviyyəsinə münasibətdə dəyişikliklər mövcuddur. Həmin dəyişikliklərlə tanış olmaq üçün müvafiq siyahının üzərindəki qeydlərə nəzər yetirməyiniz tövsiyə olunur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью