Dövlət Proqramı çərçivəsində Ağcabədidə şagirdlərlə görüş təşkil olunub

29.10.2026

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 29 oktyabr, AZƏRTAC

“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 8.4.6-cı və 8.4.14-cü yarımbəndlərinə əsasən, narkotik və psixotrop maddələr haqqında məlumatlılığın artırılması məqsədilə ümumi təhsil müəssisələrinin yuxarı sinif şagirdləri arasında maarifləndirmə işinin səmərəli təşkili çərçivəsində Ağcabədi rayon tam orta məktəbində tədbir təşkil olunub.

Bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupundan məlumat verilib.

Tədbirdə Ağcabədi Rayon İcra Hakimiyyətinin, İşçi Qrupunun nümayəndələri, müəllim heyəti və şagirdlər iştirak ediblər.

Çıxışlarda narkomanlığa qarşı mübarizə üsulları, narkotik vasitələrin cəmiyyət üçün yaratdığı sosial və tibbi problemlər, onların törətdiyi fəsadlar, narkotik asılılığının formalaşma mərhələləri, həmçinin mənəvi-əxlaqi dəyərlər barədə ətraflı məlumat verilib. Yeni növ psixotrop maddələrin xüsusiyyətləri, onların insan orqanizminə və psixoloji sağlamlığa zərərli təsiri izah olunub.

Bundan əlavə, gənclərin asudə vaxtının səmərəli təşkili, sağlam həyat tərzinin formalaşdırılması və zərərli vərdişlərdən uzaq olmağın vacibliyi ilə bağlı tövsiyələr səsləndirilib.

Tədbirin sonunda Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış “Rəqəmsal mühitdə gizli narkotik risklər”, “Psixotrop maddələr haqqında həqiqət”, “Narkotik vasitələrdən istifadə nəticəsində insan orqanizmində baş verən fəsadlar”, “Narkotiklər haqqında həqiqəti bilin”, “Məlumatlı ol, cinayət törətmə”, “Yeniyetmələr və gənclər üçün” adlı maarifləndirici materiallar şagirdlərə paylanılıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью