Dövlət Proqramı İdarəetmə Qrupuna yeni rəhbər təyin olunub

28.04.2026

Icma.az bildirir, Newscenter.az saytına əsaslanaraq.


Elm və Təhsil Nazirliyi nəzdində Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri vəzifəsinə yeni təyinat olub. Bu vəzifəyə hüquq elmləri üzrə fəlsəfə doktoru, dövlət idarəçiliyi sahəsində uzunmüddətli təcrübəyə malik Qədir Xəlilov təyin edilib.
Newscenter.az xatırladır ki, Qədir Xəlilov 2019–2023-cü illərdə Azərbaycan Respublikasının Gənclər Fondunda icraçı direktorun müavini, 2023–2025-ci illərdə isə icraçı direktor vəzifəsində çalışıb. Müxtəlif dövlət qurumlarında fəaliyyət göstərərək xüsusilə beynəlxalq əməkdaşlıq və tədbirlərin təşkili sahəsində mühüm təcrübə qazanıb. 10 ildən artıq müddətdə Avropa Şurasında Azərbaycan nümayəndə heyətinin katibi olub.
2025-ci ildən bu günədək Dövlət Proqramı İdarəetmə Qrupunda layihə rəhbəri olaraq fəaliyyətini davam etdirib.
2014-cü ildə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub.
Qədir Xəlilova yeni və məsuliyyətli vəzifəsində uğurlar arzulayırıq.
Süleyman
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью