Dövlət Proqramı üzrə 500 nəfər təqaüdçü seçilib SİYAHI

24.07.2026

Azvision portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Müsabiqənin yekununa əsasən, seçim meyarlarına cavab verən namizədlər Dövlət Proqramının iştirakçısı adını qazanıblar. Belə ki, proqram çərçivəsində 125 nəfər bakalavriat, 353 nəfər magistratura, 22 nəfər isə doktorantura səviyyəsi üzrə olmaqla, ümumilikdə 500 nəfər xaricdə təhsil almaq hüququ əldə edib.
Proqram iştirakçılarından 155 nəfəri dünyanın ilk 10-luğunda yer alan ali təhsil müəssisələrində təhsil alacaq. Onların seçdiyi universitetlər sırasında Stanford University, Massachusetts Institute of Technology (MIT), National University of Singapore, University of Oxford, University of California, Berkeley, ETH Zurich, Harvard University və Yale University yer alır.
Təqaüdçülərin tam siyahısı ilə bu keçid vasitəsilə tanış olmaq mümkündür.
AzVision.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью