Icma.az bildirir, Sia Az saytına əsaslanaraq.
Dövlət qeydiyyat nişanını saxtalaşdıran sürücü həbs edilib.
Bu barədə SİA-ya Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.
Bildirilib ki, YPX Alayının əməkdaşları tərəfindən narkotik maddənin təsiri altında avtomobil idarə edən daha bir şəxs ifşa olunub.
Belə ki, Şirvan şəhər sakini İ.Həsənovun idarə etdiyi "Chevrolet" markalı avtomobil cərimə borcu olduğu üçün Hacıqabul-Horadiz yolu üzərində yerləşən stasionar posta saxlanılıb.
Araşdırma zamanı sürücülük hüququ məhdudlaşdırılan İ.Həsənovun avtomobilin dövlət qeydiyyat nişanlarını saxtalaşdırması aşkarlanıb. Qeyri-adekvat hərəkətləri ilə şübhə doğuran İ.Həsənovun tibbi müayinədən keçməsi təmin edilib.
Müayinə zamanı İ.Həsənovun narkotik maddə qəbul etməsi müəyyən olunub və o, bu əməlini etiraf edib.
Faktla bağlı toplanan materiallar baxılması üçün məhkəməyə göndərilib və İ.Həsənov inzibati qaydada həbs edilib.