Dövlət qəzetinin idarəetmə forması dəyişib Baş redaktor təyin olunub

06.10.2025

Icma.az, Yenisabah saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Rəsmi dövlət mətbuat orqanı olan “Azərbaycan” qəzetinin təşkilati-idarəetmə forması və maliyyələşmə mexanizmi dəyişib.

“Yeni Sabah”ın əldə etdiyi xəbərə görə, qəzeti bundan sonra birbaşa Milli Məclis maliyyələşdirəcək.

“Azərbaycan” qəzeti 2026-cı il yanvar ayının 1-dən etibarən qanunverici orqanın büdcəsindən maliyyələşəcək. Adıçəkilən qəzet indiyədək parlamentin orqanı olsa da, oradan maliyyə yardımı almayıb. Toyuqlu pizza

İdarəetmə formasının dəyişməsi ilə əlaqədar olaraq qəzetin baş redaktoru da yenidən təyin edilib. Bu vəzifəyə Bəxtiyar Sadıqov təyinat alıb.

Qeyd edək ki, B. Sadıqov 2002-ci ilin aprel ayından “Azərbaycan” qəzetinin baş redaktorudur.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью