Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Rəsmi dövlət qəzeti olan “Bakinski raboçi”nin vergi borcu yaranıb.
"Cebheinfo.az" “Yeni Sabah”-a istinadən xəbər verir ki, borcun ümumi həcmi 6320.69 manatdır.
Borcu Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi yazıb və ora ödənilməlidir.
Qeyd edək ki, “Bakinski raboçi” 1906-cı ildən çap olunur. Azərbaycan mətbuatı tarixində ən uzunömürlü qəzet sayılır. Mətbuat orqanın təsisçisi Azərbaycan Prezidentinin İşlər İdarəsidir.
“Bakinski raboçi” qəzetinin baş redaktoru və qanuni təmsilçisi İlqar Hüseynovdur.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin