Dövlət Qəzetlərinə abunə haqqı AZALDI KONKRET

02.12.2025

Icma.az, Konkret.az portalına istinadən məlumat yayır.

Rəsmi dövlət qəzetləri olan “Azərbaycan” və “Xalq” qəzetlərinə abunə yazılışı üçün ödənişin məbləği azaldılıb.

KONKRET.az “Yeni Sabah”a istinadən xəbər verir ki, bu, nəşrlərin həftəlik çapının azaldılması ilə əlaqədardır.

Məlumata görə, rəsmi dövlət qəzetləri əvvəllər həftədə 6 gün çap olunublar, amma ötən aydan bəri 5 günlük iş rejiminə keçiblər.

Əvvəllər abunə haqqı 1 aylıq 15,60 manat, 3 aylıq 46,80 manat, 6 aylıq 93,60 manat və 1 illik isə 187,20 manat olub.

İndi isə abunə haqqı 1 aylıq 13 manat, 3 aylıq 39 manat, 6 aylıq 78 manat və 1 illik isə 156 manat müəyyənləşib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью