“Dövlət qulluğu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004cü il 28 sentyabr tarixli 142 nömrəli Qərarında dəyişiklik edilməsi barədəAzərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI AZƏRTAC

27.12.2024

Icma.az, Azertag saytına istinadən bildirir.

“Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 23 dekabr tarixli 419 nömrəli Sərəncamının 2.3-cü bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Dövlət qulluğu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 28 sentyabr tarixli 142 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 9, maddə 755 (Cild I); 2024, № 4, maddə 437) 2-ci hissəsi aşağıdakı redaksiyada verilsin:

“2. Dövlət orqanlarında çalışan dövlət qulluqçusu olmayan işçilərin (qeydiyyatçı, nəzarətçi, təsərrüfat işçisi, xadimə, dalandar, bağban, gözətçi, ocaqçı, ixtisas dərəcəsi olmayan fəhlə və s.) aylıq vəzifə maaşları 2025-ci il yanvarın 1-dən aşağıdakı məbləğdə müəyyən edilsin:

Sıra

№-si

Kateqoriyalar üzrə dövlət orqanları

Aylıq vəzifə maaşının

məbləği (manatla)

     

Ali kateqoriya dövlət orqanlarında

     460

 

1-ci kateqoriya dövlət orqanlarında

     445

 

2-ci və 3-cü kateqoriya dövlət orqanlarında

     425

 

4-cü və 5-ci kateqoriya dövlət orqanlarında

     400

2. Bu Qərarın 1-ci hissəsində aylıq vəzifə maaşlarının məbləğləri müəyyən edilən işçilərin mükafatlandırılması məqsədilə hər il növbəti il üçün təsdiq edilən dövlət büdcəsində onların çalışdıqları dövlət orqanları üzrə həmin işçilər üçün müəyyən olunmuş aylıq vəzifə maaşının 3 misli həcmində əlavə vəsait nəzərdə tutulur.

Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, “26” “dekabr” 2024-cü il

№ 539

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью