Dövlət qulluğu imtahanı ilə bağlı nələr dəyişəcək? RƏSMİ AÇIQLAMA

20.11.2026

Icma.az bildirir, Avtosfer portalına istinadən.

Son günlər Azərbaycanda dövlət qulluğuna qəbul imtahanlarının proqramında dəyişiklik ediləcəyi ilə bağlı məlumatlar yayılır.

Avtosfer.az xəbər verir ki, yayılan məlumatlarda dövlət qulluğu imtahan proqramından “İnformatika” və “Azərbaycan dili” fənlərinin əvəzinə “Emosional intellekt” fənnindən sualların olacağı qeyd olunur. Bu xəbər dövlət qulluğuna hazırlaşan namizədlər arasında da maraq doğurub. Proqramda hansı mövzuların dəyişdiriləcəyi, yeni tələblərin nədən ibarət olacağı və yeniliklərin imtahanların çətinlik səviyyəsinə necə təsir göstərəcəyi əsas müzakirə mövzularındandır. Xüsusilə imtahana hazırlaşan şəxsləri mövcud proqramın nə vaxtdan qüvvədən düşəcəyi və yeni proqramın hansı tarixdən tətbiq ediləcəyi maraqlandırır.

Mövzu ilə bağlı Dövlət İmtahan Mərkəzindən (DİM) sorğumuza cavab olaraq bildirildi ki, qeyd olunan məlumatın heç bir hüquqi əsası yoxdur.

“Azərbaycan Respublikasının Dövlət Qulluğu Məcəlləsinin 23.8-ci maddəsinə əsasən test imtahanının təşkili, keçirilməsi, qiymətləndirilmənin aparılması və “Dövlət qulluğu sertifikatı”nın verilməsi qaydası Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən ediləcək.

“Azərbaycan Respublikası Dövlət Qulluğu Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2026-cı il 16 oktyabr tarixli 490-VIIQ nömrəli Qanununun tətbiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Prezidentinin Fərmanında sözügedən Qaydaların hazırlanması üçün beş ay müddət müəyyən edilib.

Test imtahanının məzmunu ilə bağlı məsələlər müəyyən edildikdən sonra həmin Qaydalarda öz əksini tapacaq. Dövlət qulluğu sertifikatının müddətinin 2 il olması isə, bəli, yeni məcəllədə təsdiq olunub”.

DİM-dən verilən məlumat da o da vurğulanıb ki, dekabrın 4-ü və 13-ü keçiriləcək imtahanlar köhnə qaydada təşkil ediləcək.

Səfər

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью