Dövlət Qulluğu Məcəlləsi Milli Məclisin müzakirəsinə çıxarılacaq

24.09.2026

Icma.az, Apa.az saytına istinadən bildirir.

Yeni hazırlanan Dövlət Qulluğu Məcəlləsi Milli Məclisə daxil olub.

APA xəbər verir ki, yeni qanun layihəsi Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sabah keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.

İclasın gündəliyinə yalnız "Azərbaycan Respublikası Dövlət Qulluğu Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında" qanun layihəsi daxil edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью