Bizim media portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Martın 9-u Dövlət İmtahan Mərkəzi dövlət qulluğu vəzifələrinin A növünə (inzibati rəhbər vəzifələr) aid AB və AC qruplarına və dövlət qulluğu vəzifələrinin B növünə (inzibati icraçı vəzifələr) aid BA və BB qruplarına uyğun vəzifələr üzrə test imtahanları keçirəcək.Bu barədə Bizim.Media-ya DİM-dən məlumat verilib.Bildirilib ki, imtahanlar iki növbə olmaqla elektron formada kompüterlər vasitəsilə Bakı və Naxçıvan şəhərlərində təşkil olunacaq.İmtahanlar saat 11:00-da və 16:00-da başlanır.
Müvafiq olaraq saat 10:45-dən və 15:45-dən sonra gələn namizədlər imtahana buraxılmırlar.
Buraxılış vərəqəsində imtahan yeri, binası, imtahana gəlməli olan vaxt və digər zəruri məlumatlar göstərilib.İmtahana qeydiyyat 2025-ci il fevralın 5-dən 25-dək aparılıb və bu müddət ərzində 1716 namizəd qeydiyyatdan keçib.İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş namizədlər DİM-in internet saytına daxil olaraq “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər.Namizədlər imtahana şəxsiyyəti təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi"ni gətirməlidirlər.İmtahan elektron formada kompüterlər vasitəsilə Bakı və Naxçıvan şəhərlərində 2 binada təşkil olunacaq.
İmtahanın keçirilməsi üçün 2 ümumi imtahan rəhbəri, 10 imtahan rəhbəri, 59 nəzarətçi və 6 buraxılış rejimi əməkdaşı ayrılıb.Bizim.Media Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.