Sia Az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Aprelin 6-da Dövlət İmtahan Mərkəzi (DİM) dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi və BB vəzifə altqrupu üzrə dövlət qulluğuna qəbul imtahanları keçirəcək.
DİM-dən SİA-ya bildirilib ki, imtahan vermək istəyən namizədin DİM-in portalında “Şəxsi kabinet”i olmalıdır.
“Şəxsi kabinet”də olan pul hesabına vəsait daxil etmək üçün müxtəlif ödəniş üsullarından istifadə etmək olar.
“Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait daxil edildikdən sonra imtahanlarda iştirak etmək üçün DİM-in internet portalında müvafiq olaraq “Dövlət qulluğuna qəbul üzrə test imtahanında iştirak etmək üçün onlayn qeydiyyat” və ya “Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi” xidmətləri vasitəsilə qeydiyyatdan keçmək lazımdır.
Qeydiyyatdan keçən və imtahanda iştirak etməyən namizədlərin ödədiyi məbləğ geri qaytarılmır.
BB vəzifə altqrupu üzrə test imtahanı aprelin 6-sı saat 11:00-da və 16:00-da kompüter vasitəsilə keçiriləcək.
Test imtahanında iştirak etmək üçün qeydiyyat martın 17-si saat 11:00-dək aparılacaq.