Dövlət qulluğuna qəbul imtahanına dəyişiklik edildi

09.02.2026

Modern.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Dövlət qulluğuna qəbul imtahanının test proqramına dəyişiklik edilib.

Bu barədə Modern.az-a DİM-dən məlumta verilib.

Bildirilib ki, dövlət qulluğuna qəbul üzrə müsabiqənin İnformasiya texnologiyaları üzrə test imtahanı proqramlarına müəyyən dəyişiklik edilib. Belə ki, BB vəzifə qrupu üzrə proqrama "Əməliyyat sistemləri" bölməsi, AB vəzifə qrupuna aid proqrama isə "Microsoft Excel 2019 cədvəl prosessoru" bölməsinə aid olan Funksiya kateqoriyaları və MS Excel 2019 elektron cədvəlinin əsas funksiyaları və onlardan istifadə qaydaları mövzuları əlavə edilib.

Pqoqramdakı dəyişiklik 2026-cı il aprel ayından etibarən keçirilən imtahanların məzmununda əks olunacaq.

Proqramla tanış olmaq üçün aşağıdakı linkdə müvafik keçidə daxil olun:

//exidmet.dim.gov.az/dqq/Elan/TestImtProq

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью