Dövlət qulluğunda yeni qiymətləndirmə alətləri ilə bağlı növbəti sınaq təşkil edilib AZƏRTAC

13.01.2025

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 13 yanvar, AZƏRTAC

Ümumi səriştələrin qiymətləndirilməsi üçün yeni alət – situasiya mühakimə testləri üzrə tapşırıqların keyfiyyət parametrlərinə uyğunluğunu araşdırmaq üçün Naxçıvan şəhərində növbəti sınaq təşkil edilib.

Dövlət İmtahan Mərkəzindən (DİM) AZƏRTAC-a bildirilib ki, sınaq prosesinə müxtəlif dövlət orqanlarında işləyən dövlət qulluqçuları ilə yanaşı, əvvəlcədən qeydiyyatdan keçmiş şəxslər də cəlb olunublar. Yoxlama prosesində ümumilikdə 50 nəfər iştirak edib.

Qeyd edək ki, səriştə modeli dövlət qulluğuna qəbul, habelə dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi zamanı namizədlərin komandada işləmək, effektiv kommunikasiya qurmaq, vəzifə öhdəliklərini icra edərkən öz üzərinə məsuliyyət göstərmək, nəticələr əldə etmək və s. kimi səriştələrinin əsas meyarlardan biri kimi götürməyi nəzərdə tutur və bu istiqamətdə sistemli yanaşma təklif edir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью