“Dövlət qulluqçuları dövlətin simasıdır”

22.06.2026

Xalqcebhesi portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Cəmiyyətdə dövlət qulluğunun rolu və əhəmiyyəti, sadəcə, inzibati bir funksiya deyil, dövlətin dayanıqlılığını təmin edən dövlət mexanizminin "onurğa sütunu"dur. Dövlətin strateji hədəfləri, qanunvericiliyin icrası və gündəlik xidmətlərin göstərilməsi məhz dövlət qulluqçularının peşəkarlığı sayəsində fasiləsiz davam edir. Daha korrekt desək, dövlət idarəçiliyində institusional yaddaş və sabitlik məhz dövlət qulluğu sayəsində qorunub saxlanır”.

Bu sözləri xalqcebhesi.az-a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.

Deputat bildirib ki, dövlət qulluğu cəmiyyətin dövlətlə təmasda olduğu ən yaxın nöqtə olduğu üçün yalnız peşəkar və etik davranışa malik dövlət qulluqçusu dövlətə olan etimadı artırır: “Sosial xidmətlərin göstərilməsi, infrastrukturun idarə olunması, təhsil, səhiyyə və digər sahələrdə həyata keçirilən layihələr vətəndaşın rifahına birbaşa təsir edir. Eyni zamanda, müasir dövrdə dövlət qulluğu yalnız bürokratik prosedurlardan ibarət deyil, həm də ölkənin iqtisadi inkişafı üçün strategiyaların hazırlanması və icrası deməkdir. Dövlət qulluqçuları qanunların tətbiq olunması, ədalətli rəqabət mühitinin yaradılması və sosial layihələrin həyata keçirilməsində həlledici rol oynayırlar”.

B.Məhərrəmov vurğulayıb ki, rəqəmsallaşma, şəffaflıq və korrupsiyaya qarşı mübarizə prinsiplərinə əsaslanan müasir dövlət qulluğu modeli formalaşdırılarkən də məhz bu amil əsas götürülür və bu, cəmiyyətdə idarəetmə mədəniyyətinin formalaşmasına və vətəndaş məmnuniyyətinin təmin olunmasına birbaşa təsir edir: “Dövlət qulluqçuları dövlətin simasıdır, onların yüksək ixtisaslı, obyektiv və vətəndaşpərvər olmasının birbaşa cəmiyyətin tərəqqisinə töhfə verməsini nəzərə alsaq, bu bayram həm də dövlət qulluğunun nüfuzunun artırılması və bu sahədə çalışanların əməyinin qiymətləndirilməsi üçün gözəl bir fürsətdir”.

Röya İsrafilova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью