Dövlət qulluqçusu olmaq istəyənlərin NƏZƏRİNƏ

14.07.2026

Icma.az bildirir, Olke.az portalına istinadən.

Ölkə.az xəbər verir ki, imtahanlar saat 10:00-da və 16:00-da başlanır. Müvafiq olaraq saat 09:45-dən və 15:45-dən sonra gələn namizədlər imtahana buraxılmırlar. Namizədlərin imtahana buraxılış vərəqələrində imtahan yeri, vaxtı, binası, imtahana gəlməli olan saat və digər zəruri məlumatlar göstərilib.

İmtahanlara qeydiyyat 2026-cı il iyunun 16-dan iyulun 9-dək aparılıb və bu müddət ərzində 1864 namizəd ərizə təqdim edib.

İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş namizədlər DİM-in internet saytına daxil olaraq “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər.

Namizədlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

- şəxsiyyəti təsdiq edən sənədin əsli;

- “İmtahana buraxılış vərəqəsi".

İmtahanlar elektron formada kompüterlər vasitəsilə Bakı, Gəncə və Naxçıvan şəhərlərində təşkil olunacaq. İmtahanların keçirilməsi üçün 3 ümumi imtahan rəhbəri, 20 zal admini, 124 nəzarətçi və 22 buraxılış rejimi əməkdaşı ayrılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью