Dövlət qurumları İT rəhbərlərinin VI Zirvə Toplantısı keçirilib | Icma.az
Icma.az, Oxu.az saytına istinadən bildirir. Dövlət qurumlarının informasiya təhlükəsizliyi üzrə rəhbər heyəti arasında təcrübə mübadiləsi, s
Oxu.Az xəbər verir ki, tədbirə 70-dən çox dövlət qurumunu təmsil edən nümayəndələr qatılıblar.
Zirvə Toplantısını açan XRİTDX-nin rəis müavini, general-mayor Allahverən İsmayılov qonaqları salamlayaraq, çıxışında vurğulayıb ki, informasiya təhlükəsizliyi artıq yalnız texniki məsələ deyil, milli təhlükəsizlik, iqtisadi sabitlik və cəmiyyətin etimad məsələsidir.
Rəqəmsallaşmanın dərinləşməsi ilə bağlı risklərin artdığını qeyd edən A.İsmayılov bildirib ki, qlobal statistikalara əsasən, 2024-cü ilin ilk yarısında dövlət qurumlarına yönəlmiş hücumların 40%-dən çoxu kritik infrastruktura qarşı həyata keçirilib.
O, həmçinin ölkəmizdə həyata keçirilmiş ilk "Bug Bounty" proqramının əhəmiyyətini qeyd edərək, dövlət qurumlarının özəl sektorla əməkdaşlığın vacibliyini vurğulayıb.
Eləcə də, xidmət rəisinin müavini 9-10 oktyabr tarixlərində Bakı Konqres Mərkəzində keçiriləcək "CIDC-2025 - Ağıllı şəhərlərdə kibermüharibə" tədbirinə dəvət edib və beynəlxalq əməkdaşlığa göstərilən dəstəyə görə Avropa Birliyinə və Estoniyanın Elektron İdarəçilik Akademiyası Fonduna təşəkkürünü bildirib.
Daha sonra Elektron İdarəçilik Akademiyası Fondunun kibertəhlükəsizlik üzrə baş mütəxəssisi Elza Neeme və "Şərq Tərəfdaşlığı ölkələrinə kiberdavamlılığın gücləndirilməsi" layihəsinin Azərbaycan üzrə koordinatoru Klayd Magi beynəlxalq təcrübə mübadiləsinin əhəmiyyətini qonaqların diqqətinə çatdırıblar.
Tədbirin davamında XRİTDX-nin baş idarə rəisinin müavini Tural Məmmədov "Dövlət qurumlarında informasiya təhlükəsizliyinin vəziyyəti ilə bağlı statistik göstəricilər, ağıllı şəhərlərdə kibermüharibə, yeniliklər və planlar" mövzularında çıxış edib.
Tam oxu
Xəbəri oxu