Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Dövlət qurumlarında çox sayda insanlar ixtisar olunur.
Modern.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Fazil Mustafa deyib.
"Metropolitendə xeyli ixtisarlar var, Xəzər Dəniz Gəmiçiliyində ixtisarlar var. Qanunvericiliyə də başa düşürəm. İndi büdcədə növ olacaq müəyyən problemlər həll olunur".
O, həmin şəxslərin işlə təmin olunmas yaxud müavinət verilməsinin önəmli olduğunu deyib.
Deputat yüzlərlə insanın işsiz qalmasının təhlükəli olduğunu deyib.
"Yüzdən artıq insan işsiz qalıb. Və bu cəmiyyətin bu problemi daşıması çox böyük təhlükələrlə dövləti üzləşdirə bilər. Buna diqqət yetirilməsi vacibdir".