Avtosfer saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bakıda bir neçə şəxsin etimadından sui-istifadə edərək, müxtəlif dövlət qurumlarında işə düzəltmək vədilə külli miqdarda pul alan şəxsə hökm oxunub.
Avtosfer.az-ın "Qaynarinfo"ya istinadən məlumatına görə, 1963-cü il təvəllüdlü Hicran Hüseyn oğlu Şeyxovun barəsində Cinayət Məcəlləsinin 178.2.2 (təkrar dələduzluq) və 178.2.4 (xeyli miqdarda ziyan vurmaqla dələduzluq) maddələri ilə açılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
İstintaqla müəyyən edilib ki, Hicran Şeyxov özünü Müdafiə Nazirliyində polkovnik-leytenant rütbəsi ilə təqaüdə çıxmış zabit kimi təqdim edib.
O, bir sıra şəxsləri dövlət qurumlarında vəzifəyə və ya ali məktəblərə tələbə kimi yerləşdirəcəyinə inandıraraq, onların külli miqdarda vəsaitini ələ keçirib.
Hicran Şeyxov zərərçəkənlərə Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi, həmçinin Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində (TƏBİB) yüksək vəzifələrdə çalışan şəxslərlə yaxın əlaqələri olduğunu deyib.
O, bir neçə nəfərdən hər birindən 10 min manat alaraq, onları Təcili Tibbi Yardım xidmətinə sürücü kimi düzəldəcəyinə söz verib.
Bundan başqa, o, 2022-ci ildə Bakı Xoreoqrafiya Akademiyasına və İdman Akademiyasına tələbə qəbuluna kömək edəcəyinə dair də vədlər verərək, müxtəlif şəxslərdən pul alıb.