Dövlət qurumlarında qanun pozuntuları aşkar edilib

16.04.2025

Icma.az, Reyting.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.


Hesablama Palatasının Baş Prokurorluğa və Dövlət Təhlükəsizliyi Xidmətinə (DTX) göndərildiyi hesabatlardakı dövlət qurumlarının adları məlum olub.
Reyting.az
xəbər verir ki, 4 işdən ikisi Dənizkənarı Bulvar İdarəsi və tabeliyində olan qurumlar, AMEA-nın İşlər İdarəsi ilə əlaqədardır.
Dövlət vəsaitlərinin və əmlakının idarə olunması sahəsində aşkar edilmiş hüquqpozmalarda cinayət tərkibinin əlamətlərinin ehtimal olunması ilə əlaqədar materiallar Baş Prokurorluğa göndərilib.
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi və strukturuna daxil olmayan tabeliyindəki qurumlara dair hesabat da DTX-ya göndərilib.
İki audit üzrə cinayət işi başlanıb və istintaqın aparıldığı qeyd edilib, bu tədbirlərdən birində vəsait ödənilib, digərində isə əmlak üzərinə həbs qoyulub.
DTX-da bir audit üzrə aşkar edilmiş qanun pozuntuları ilə əlaqədar hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью