Icma.az, Report.az portalına istinadən məlumatı açıqlayır. Dövlət qurumlarının əməkdaşları arasında idman dırmanması üzrə yarış keçirilib.
"Report" xəbər verir ki, Gənclər və İdman Nazirliyi, Azərbaycan Alpinizm Federasiyasının təşkilatçılığı ilə təşkil olunan yarışda kişilər arasında Belousov Stanislav (SOCAR) birinci olub.
Dövlət Miqrasiya Xidmətinin əməkdaşı Kənan Məmmədzadə yarışı ikinci, Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşı Anar Novruzov isə üçüncü pillədə başa vurublar.
Qadınlar arasında Leyla Əliyeva, Sima Səfərova (hər ikisi FHN), Aysu Kərimzadə (Gənclər və İdman Nazirliyi) fərqləniblər.
Bizim WhatsApp kanalımıza abunə olun Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.