Dövlət qurumu 110 minlik SMS xidməti alacaq

09.06.2026

Icma.az, Modern.az portalına istinadən məlumat verir.

Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti məlumat mübadiləsi proqramı ilə bağlı tender elan edib.

Modern.az-ın məlumatına görə, satınalma çərçivəsində 110 000 mobil telefon nömrəsinə SMS vasitəsilə qısa mesajların göndərilməsi xidmətinin alınması nəzərdə tutulur.

Məlumata əsasən, tender üzrə ehtimal olunan qiymət 4 548 manat 50 qəpik təşkil edir.

Töhfə Səməd

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью