Icma.az, Azpost saytına istinadən bildirir. “Azəristiliktəchizat” ASC xüsusi texnika və nəqliyyat vasitələri üçün ehtiyat hissələrinin alınm
AzPost e-tender.az-a istinadla xəbər verir ki, dövlət satınalması çərçivəsində qalib şirkət “Motor Clinic” MMC olub.
“Azəristiliktəchizat” ASC 2005-ci ildən fəaliyyət göstərir və səhmlərinin 100 faizi dövlətə məxsusdur.
Qurum əsasən yaşayış binaları, məktəblər, xəstəxanalar və digər sosial obyektlərin istilik və isti su ilə təchizatına cavabdehdir.
Şirkətin balansında yüzlərlə qazanxana və min kilometrlərlə istilik xətləri mövcuddur.
Son illərdə “Azəristiliktəchizat”ın fəaliyyəti Hesablama Palatasının diqqətini cəlb edib.
Audit hesabatlarında anbarda mövcud olan malların təkrar alınması, təhtəlhesab şəxslərin hesabından sənədsiz vəsaitlərin silinməsi kimi ciddi maliyyə pozuntularına rast gəlinib.
Müqavilə bağlanmış “Motor Clinic” MMC motosikletlərin satışı, servisi və icarəsi sahəsində fəaliyyət göstərən bir şirkətdir.