Dövlət qurumu 46 minlik avtomobilini BU ŞİRKƏTDƏN ALDI

05.06.2025

Avtosfer saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi yeni nəqliyyat vasitəsinin alınması ilə bağlı satınalma həyata keçirib.
Avtosfer.az xəbər verir ki, bu məqsədlə “Prime Auto Technology” şirkəti ilə ümumi dəyəri 45.960 manat olan müqavilə bağlanıb. Müqavilə üzrə satınalma minik avtomobilinin alınmasını nəzərdə tutur. Qeyd olunmalıdır ki, bu satınalma elektron sistem vasitəsilə həyata keçirilməyib – yəni dövlət satınalmalarının vahid internet portalı üzərindən deyil, portaldan kənar prosedurla reallaşdırılıb (FED.az).

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью