Dövlət qurumu avtomobillər aldı QİYMƏT

13.08.2025

Icma.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Nəqliyyat İdarəsi elan etdiyi tenderin nəticələrini açıqlayıb.

Avtosfer.az xəbər verir ki, tender avtomobillərin satınalınması üzrə elan edilmişdi. Tenderin qalibi “Prolink Caspian” MMC (VÖEN: 1700545511) olub.
Qalib şirkətlə bağlanan müqavilənin ümumi dəyəri 216 000 manat təşkil edir. Tender çərçivəsində 2 ədəd pikap tipli avtomobil və 1 ədəd yük maşını satın alınacaq.
Qeyd edək ki, “Prolink Caspian” MMC 2006-cı ildə yaradılıb, nizamnamə kapitalı 100 manatdır. Şirkətin qanuni təmsilçisi Vüqar Dəmirov Balakişi oğludur. Hüquqi ünvanı AZ1003, Bakı şəhəri, Səbail rayonu, Neftçi Qurban Abbasov küçəsi, ev 48, mənzil 8-dir.(fed.az)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью