Dövlət qurumu ləğv edilib

02.12.2025

Icma.az bildirir, Bizimyol portalına istinadən.

Naxçıvan Muxtar Respublikasının Qaz İstismar Xidməti ləğv edilib.

Bu barədə müvafiq sərəncam imzalanıb. Qurumun adı artıq bir çox rəsmi sənəddən çıxarılıb.

Bundan sonra Naxçıvanda qaz təchizatına “Azəriqaz” İstehsalat Birliyi nəzarət edəcək.

Bir neçə gün əvvəl Naxçıvan Muxtar Respublikasının Qaz İstismar Xidmətinin balansında olan əsas vəsaitlərin SOCAR-ın Qaz İxrac İdarəsinin balansına verilməsi barədə razılıq verilib.

Naxçıvan Qaz İstismar Xidməti 2019-cu ildə Naxçıvan Ali Məclisinin sabiq sədri Vasif Talıbov tərəfindən yaradılmışdı.

Xatırladaq ki, bir müddət əvvəl Muxtar Respublikanın Dövlət Energetika Xidməti də ləğv olunub.(fed.az)

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью