Icma.az xəbər verir, Marja.az saytına əsaslanaraq.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki “Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti” publik hüquqi şəxs "Ağdam şəhərinin magistral su xətlərinin, tullantı, yağış kollektorlarının və qurğularının tikintisinin layihə-smeta sənədləri əsasında tullantı su təmizləmə qurğusunun tikintisi" üzrə tenderi yekunlaşdırıb.
Marja.az xəbər verir ki, tenderdə qalib şirkət "T.T.Ş.-İNŞAAT" MMC-dir.
Qalib şirkət ilə məbləği 37 milyon 772 min 139 manat olan müqavilə imzalanıb.
Tenderdə ehtimal olunan qiymət 53 milyon 290 min manat idi.
“T.T.Ş.-İnşaat” MMC-nin veb-saytında bildirilir ki, Şirkət həyata keçirdiyi tikinti-quraşdırma, bərpa-yenidənqurma işləri üzrə Azərbaycanın inkişaf etmiş, etibarlı, lider şirkətlərindəndir. Məhdud Məsuliyyətli Cəmiyyətin əsas fəaliyyət istiqamətlərindən biri iri infrastruktur layihələrinin həyata keçirilməsidir. Azərbaycandan başqa, “T.T.Ş.-İnşaat” Gürcüstan, Qazaxıstan və Özbəkistanda da müxtəlif infrastruktur layihələrində iştirak edir. “T.T.Ş.-İnşaat” MMC 2008-ci ildən etibarən Azərbaycanın müxtəlif regionlarında su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması, bərpası, eləcə də sutəmizləyici qurğuların inşası layihələrini uğurla həyata keçirir.