Dövlət qurumu vətəndaşın ərizəsini qəbul etmirsə, nə etməli? | Icma.az
Icma.az xəbər verir, Gununsesi saytına əsaslanaraq. Bəzən cəmiyyətdə vətəndaşlar tərəfindən bu cür narazılıqlar eşitmək olur.
Məsələn, hansısa quruma ərizə yazır, ancaq qurum o ərizələri qəbul etmir. Maraqlıdır, bu halda vətəndaş nə etməlidir?
Hüquqşünas Rəşad Səfərov bu barədə Gununsesi.info-ya deyib: “Müraciətlərə baxılması haqqında” Qanuna görə, dövlət qurumları hər bir müraciəti qeydiyyata almalı və icra etməlidir”.
O, həmçinin qeyd edib: “Ərizə qəbul olunmursa, vətəndaş aktlaşdırma (şahid, video və s.) yolu ilə faktı sənədləşdirə, daha sonra məhkəməyə və Ombudsman Aparatına müraciət edə bilər”.
Firuzə Gununsesi.info Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu