Dövlət qurumuna yeni mətbuat katibi təyin edildi

29.08.2026

Icma.az, Hurriyyet saytına istinadən bildirir.

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində İstehlak Mallarının Ekspertizası Mərkəzində İctimaiyyətlə iş şöbəsinin rəhbəri - mətbuat katibi təyin olunub.
Modern.az xəbər verir ki, bu vəzifəyə Aytən Abdullayeva gətirilib.
Məlumatı onun özü də təsdiqləyib.
A.Abdullayava daha əvvəl Qarabağ Universietində çalışıb. O, 2024-cü ilin iyulunda Qarabağ Universitetinin İctimaiyyətlə əlaqələr şöbəsinə müdir təyin olunmuş, 2025-ci ilin avqustunda həmin vəzifədən ayrılmışdı.
Aytən Abdullayeva əmək fəaliyyətinə 2008-ci ildə Bakı Slavyan Universitetində başlayıb. 2013–2021-ci illərdə Elm və Təhsil Nazirliyində çalışıb.

2021–2024-cü illərdə Təhsildə Keyfiyyət Təminatı Agentliyində (TKTA) İnformasiya və insan resursları şöbəsinin müdiri vəzifəsində işləyib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью