Dövlət qurumunda 1700 işçi çıxıb

04.09.2026

Icma.az xəbər verir, Modern.az saytına əsaslanaraq.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) işçilərinin sayı açıqlanıb.

Modern.az Banker.az-a istinadən xəbər verir ki, bu ilin yarımillik hesabatına görə, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin işçilərinin sayı 6 034 nəfər olub.

1-ci rübdə işçi sayı 6 315 nəfər təşkil edib ki, bu da rüblük müqayisədə 281 nəfərin azalması deməkdir.

Ötən ilin eyni dövrünə işçi sayı 7 719 nəfər olub ki, bu da illik müqayisədə 1 685 nəfərin azalmasıdır.

Xatırladaq ki, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC 22 oktyabr 2013-cü ildə Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi ilə SOCAR-ın Xəzər Dəniz Neft Donanmasının birləşdirilərək yenidən təşkili yolu ilə yaradılıb. Şirkət dənizlə yük və sərnişin daşımaları, eləcə də dənizdə neft-qaz əməliyyatlarına nəqliyyat və digər ixtisaslaşmış xidmətlər göstərir. Cəmiyyətin bütün səhmləri dövlətə məxsusdur. Nizamnamə kapitalı 440,05 milyon manatdır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью