Dövlət qurumunun 5 milyona yaxın borcu var Rəisə stop qoyuldu

26.02.2025

Icma.az, Qaynarinfo portalına istinadən məlumat yayır.

Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Binəqədi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin dövlətə 5 milyon manata yaxın vergi borcu var. 

Qaynarinfo-nun məlumatına görə, Zamanov Elmin Elbəyi oğlunun sədri olduğu Binəqədi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 4779755.34 manat vergi borcu yaranıb. 

Dövlətə məxsus qurumun bu qədər vergi borcunun olması səbəbi dəqiq məlum deyil.

Əldə etdiyimiz məlumata görə, Zamanov Elmin Elbəyi oğlunun ölkədən çıxışına da məhdudiyyət qoyulub. 

Aydın

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью