Dövlət qurumunun əməkdaşları elektrik dirəyindən yıxıldılar Ölən var

30.11.2024

Icma.az bildirir, Sonxeber.az saytına əsaslanaraq.

Dövlət qurumunun əməkdaşları elektrik dirəyindən yıxıldılar - Ölən var

Sabirabad rayonunun iki sakini elektrik dirəyindən yıxılıb, biri ölüb, digəri isə yaralanıb.

"Report"un məlumatına görə, hadisə Salyan və Biləsuvar rayonlarının sərhədində qeydə alınıb.

İlkin məlumata görə, sözügedən ərazidə Sabirabad rayon sakinləri, 1989-cu il təvəllüdlü Novruz Yarməmməd oğlu Manafov və 1998-ci il təvəllüdlü Aqşin Gülağa oğlu Gülməmmədov elektrik xətlərini çəkərkən 15-20 metr hündürlükdə olan elektrik dirəyindən yıxılıblar.

Hadisə nəticəsində hər iki sakin müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb.

Onlar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılarkən N.Manafov yolda ölüb. İlkin tibbi yardım göstərilən A.Gülməmmədovun vəziyyəti ağır olduğundan, onun Bakıya göndəriləcəyi gözlənilir.

Onların "Azərenerji"nin əməkdaşları olduqları bildirilir.

Faktla bağlı araşdırma aparılır.


Sonxeber.az
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью