Dövlət Reklam Agentliyi auditor seçir

28.07.2026

Bakivaxti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Dövlət Reklam Agentliyi 2025-2026-cı illər üzrə maliyyə hesabatlarının beynəlxalq standartlara uyğun auditi üçün açıq tender elan edib.

Bakıvaxtı.az xəbər verir ki, tenderdə iştirak haqqı 250 manatdır.

İddiaçılar təkliflərini avqustun 14-nə qədər Agentliyin Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti, 24 ünvanında yerləşən inzibati binasına təqdim edə bilərlər.

Təkliflərə avqustun 14-də, saat 09:20-da qeyd olunan ünvanda baxılacaq.

Ötən il də bu tenderin qalibi "RSM Azerbaijan" MMC olub. Şirkətə 34 min manat ödənilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью