Dövlət rəsmiləri Bakıya gəlir FOTO (YENİLƏNİB)

11.11.2024

Icma.az, Unikal.az portalına istinadən məlumatı açıqlayır.

İndoneziyanın xüsusi nümayəndəsi Haşim Cocohadikusumo COP29-da iştirak etmək məqsədilə Azərbaycana səfərə gəlib.

"Unikal" xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı kənd təsərrüfatı naziri Məcnun Məmmədov və digər rəsmi şəxslər qarşılayıblar.

***

İraq Prezidenti Əbdüllətif Camal Rəşid COP29-da iştirak etmək məqsədilə Azərbaycana səfərə gəlib.

Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı mədəniyyət naziri Adil Kərimli və digər rəsmi şəxslər qarşılayıblar.

***

Kuk Adalarının Baş naziri Mark Braun noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə Azərbaycan Respublikasına səfərə gəlib.

Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Azərbaycanın mədəniyyət naziri Adil Kərimli və digər rəsmi şəxslər qarşılayıblar.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью