Qafqazinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Xəbər verdiyimiz kimi, ötən gün Bakıda Azərbaycan və İngiltərə milli komandaları arasında minifutbol üzrə dünya çempionatının 1/4 final oyunu keçirilib.
“Qafqazinfo”nun məlumatına görə, qarşılaşmanı izləyənlər arasında dövlət rəsmiləri də olub.
Milli Gimnastika Arenasında keçirilən qarşılaşmanı Dövlət Təhlükəsizlik Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev, Ali Məhkəmənin sədri İnam Kərimov, daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov, Baş prokuror Kamran Əliyev, “AzərEnerji”nin sədri Baba Rzayev birlikdə izləyib.
Həmin görüntüləri təqdim edirik:
Qeyd edək ki, qarşılaşma yığmamızın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.