Dövlət rəsmiləri və qurumların əməkdaşları Şəhidlər xiyabanını ziyarət edirlər

20.01.2025

Oxu.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Sovet imperiyasının Bakıda törətdiyi qanlı qırğının 35-ci ildönümü ilə əlaqədar Azərbaycan Daxili İşlər, Müdafiə nazirliklərinin, eləcə də Dövlət Sərhəd xidmətinin rəhbər şəxsləri və əməkdaşları 20 Yanvar - Ümumxalq Hüzn Günündə Şəhidlər xiyabanını ziyarət ediblər.

Oxu.Az xəbər verir ki, vətənimizin azadlığı, müstəqilliyi uğrunda şəhid olmuş vətəndaşlarımızın xatirəsi hörmət və ehtiramla yad edilib, məzarları üzərinə gül dəstələri qoyulub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью