Dövlət rəsmilərinin Bakıya səfəri başladı Fotolar Yenilənib

09.11.2024

Qafqazinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Marşal Adalarının Prezidenti Hilda Heine COP29-da iştirak etmək məqsədilə Azərbaycana səfərə gəlib.

“Qafqazinfo” xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı gənclər və idman naziri Fərid Qayıbov və digər rəsmi şəxslər qarşılayıblar.

Həmçinin Tuvalunun Baş naziri Feleti Teo bu gün ölkəmizə səfər edib.

***

ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd Əl-Malik COP29-da iştirak etmək məqsədilə Azərbaycana səfərə gəlib.

“Qafqazinfo” xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı  mədəniyyət nazirinin müavini Murad Hüseynov və digər rəsmi şəxslər qarşılayıblar.






Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью