Dövlət reyestrinə bütün vacib dərmanlar salınıbmı? Ekspertiza Mərkəzi susur... | Icma.az
Qaynarinfo saytından alınan məlumata görə, Icma.az bildirir.
Dövlət reyestrinə daxil edilməyən dərman vasitəsinin reseptə yazılmasına görə vəzifəli şəxslər (həkimlər) cərimələnəcək.
Bunu edən həkimlərə 100-dən 150 manatadək, hüquqi şəxslərə isə 300-dən 400 manatadək cərimə nəzərdə tutulub.
Bu, İnzibati Xətalar Məcəlləsinə əlavə kimi təklif edilən yeni -221.12-ci maddədə əksini tapıb.
Bilə-bilə keyfiyyətsiz, normativ-texniki sənədlərin tələblərinə cavab verməyən, mənşəyi məlum olmayan, yararlılıq müddəti bitmiş, qeydiyyatdan keçməyən dərmanları satan, satış məqsədilə saxlayan və ya idxal edən şəxslər də cərimələnəcək.
Vəzifəli şəxslər 2 mindən 2 min 500 manatadək, hüquqi şəxslər isə 7 min manatdan 9 min manatadək cərimə ediləcək.
Uzun illərdir ölkədə "firma dərmanları" deyilən dərmanların satılması və həkimlərin onları pasiyentlərə yazması barədə şikayətlər eşidilir.
Bəzi iddialara görə, həmin dərmanların bir qisminin keyfiyyətində də problemlər var. Amma hələ də belə dərmanların satıldığı bildirilir.
Tam oxu
Xəbəri oxu