Dövlət satınalmaları haqqında qanun təkmilləşdiriləcək

03.10.2025

Marja.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycanda "Dövlət satınalmaları haqqında qanun"un təkmilləşdirilməsi istiqamətində işlər görülür.

Bunu Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri Elnur Bağırov Bakıda keçirilən II Milli Rəqabət Forumunda bildirib.

"Topladığımız təcrübə əsasında mövcud qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində işlər aparılır. Bu proses vaxt tələb edir. Lakin biz agentlik olaraq həm təkmilləşdirmələrin, həm də bu gün müzakirə olunan dəyərli fikirlərin nəzərə alınmasını məqsədəuyğun hesab edirik", - deyə E.Bağırov qeyd edib.

İş elanları AzVak.az-da

© "Report" 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью