Icma.az bildirir, Yenisabah saytına əsaslanaraq.
Milli Məclisin deputatı Vüqar Bayramov Azərbaycanda dövlət satınalmaları zamanı maraqların toqquşmasının qarşısını almaq üçün süni intellekt və rəqəmsal həllərdən daha geniş istifadə edilməsini təklif edib.
“Yeni Sabah” xəbər verir ki, deputat "Facebook" hesabında 2025-ci ildə dövlət büdcəsindən dövlət satınalmalarına 10,8 milyard manat vəsaitin yönəldiyini bildirib.
Onun sözlərinə görə, bu, ölkə ÜDM-nin 8,4%-ni təşkil edib. Online shopping Azərbaycan
Vüqar Bayramovun sözlərinə görə, ötən il 9 965 elektron tender keçirilsə də, dövlət satınalmalarının dəyər baxımından 54,6%-i, say etibarilə isə 52,4%-i bir mənbədən satınalmaların payına düşüb:
“Bu, bir mənbədən satınalmaların ümumi tenderlərdə payının 50%-dən çox olduğunu göstərir. Bu da dövlət satınalmalarında elektronlaşma və maraqların toqquşması ilə bağlı meyarların daha yaxından nəzərə alınmasını zəruri edir”.
Cəlalə Cəlalqızı