Dövlət satınalmalarında ŞƏFFAFLIQ TƏLƏBİ

30.09.2026

Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.

“Şəffaflıqdan güzəştə getməməliyik”.

Bakıvaxtı.az xəbər verir ki, bunu deputat Razi Nurullayev parlamentin 30 sentyabr tarixli iclasında “Dövlət satınalmaları haqqında” Qanuna dəyişiklik layihəsinin müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, dövlət satınalmaları sahəsində sahibkarların şəffaflıq və rəqabətlə bağlı narazılıqları olub. Layihə ilə xüsusi satınalma rejiminin dairəsi genişləndirilir.

Deputat qeyd edib ki, bu halda əlavə şəffaflıq mexanizmlərinin yaradılması vacibdir. O, satınalma şərtlərinin, qiymətləndirmə meyarlarının, qaliblərin və nəticələrin açıq təqdim olunmasını, texniki şərtlərin konkret şirkətə üstünlük verməsinə imkan yaradılmamasını və şikayət mexanizminin effektiv işləməsini təklif edib.

“Dövlət satınalması sadəcə dövlətin mal və xidmət alması deyil. Bu, sahibkarın dövlət bazarına çıxışıdır”, - deyə deputat vurğulayıb.

R.Nurullayev bildirib ki, dəyişikliklər zamanı əsas meyar yalnız satınalmaların sürətləndirilməsi deyil, şəffaflığın, rəqabətin və sahibkar hüquqlarının qorunması olmalıdır.

Zeynəb Rzayeva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью