Dövlət satınalmalarında təhvil təslim prosesi rəqəmsallaşdırıldı

01.09.2026

Icma.az, Yenisabah saytına istinadən bildirir.

Maliyyə Nazirliyi dövlət maliyyəsinin idarə edilməsində rəqəmsal yanaşmanın genişləndirilməsi, şəffaflığın artırılması və vahid informasiya mühitinin inkişafı istiqamətində növbəti addım atıb.

“Yeni Sabah” xəbər verir ki,  "Rəqəmsal dövlət maliyyəsi" informasiya sisteminin tərkib hissəsi olan "e-müqavilə" altsistemində 1 sentyabr 2026-cı il tarixindən etibarən "Təhvil-təslim aktının yaradılması" funksiyası istifadəyə verilib. Yeni funksionallıq sayəsində dövlət satınalmalarında satınalan və təchizatçı təşkilatlar arasında təhvil-təslim aktlarının yaradılması, imzalanması və statusunun izlənilməsi tam rəqəmsal mühitdə həyata keçiriləcək.

Bu modulun tətbiqi kağız sənəd dövriyyəsini azaldacaq, məlumat mübadiləsini sürətləndirəcək və müqavilələrin icrasına nəzarəti daha səmərəli edəcək. "Dövlət satınalmaları haqqında" Qanuna uyğun fəaliyyət göstərən və 10 aprel 2026-cı il tarixindən istifadəyə verilən altsistemdə bu günədək ümumi dəyəri 2 milyard manatdan çox olan 5500-dən çox müqavilə elektron formada imzalanıb. pizza hut


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью