Dövlət Şəhərsalma və Arxitektura Komitəsində anım tədbiri oldu | Icma.az
Konkret.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində Azərbaycan xalqının tarixində ən faciəli və şanlı səhifələrdən olan 20 Yanvar hadisələrinə həsr edilmiş anım tədbiri keçirilib.
KONKRET.az bildirir ki, tədbir faciə qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Komitə sədrinin müavini İlqar İsbatov çıxış edərək, 20 Yanvar hadisələrini xatırladıb, bu günün təkcə geri dönməz itkilərin rəmzi deyil, həm də milli özünüdərkin və azadlıq uğrunda mübarizənin tarixində mühüm dönüş nöqtəsi olduğunu vurğulayıb.
Qeyd edib ki, 20 Yanvar faciəsinin xatirəsi xalqın yaddaşında xüsusi yer tutur və bu tarixi izlərin qorunub saxlanılmasında memarlıq mühüm rol oynayır.
Onun sözlərinə görə, memorial məkanlar xalqın yaşadığı faciəni, sarsılmaz iradəni və milli ləyaqəti özündə əks etdirən mənəvi yaddaş daşıyıcılarıdır.
Tədbirin davamında 20 Yanvar faciəsinə həsr olunmuş memorial abidələrin yaradılmasında bilavasitə iştirak edən memarların çıxışları dinlənilib.
Əməkdar memar Nazim Vəliyev “Əbədi məşəl” abidə-kompleksinin həmmüəllifi kimi şəxsi xatirələrini və peşəkar düşüncələrini bölüşərək, faciəli hadisələrin memarlıq irsimizdə necə təcəssüm tapmasından bəhs edib.
Tam oxu
Xəbəri oxu