Dövlət sektorunda işləyənlərin sayı azaldı

14.05.2025

Icma.az, Metbuat portalına istinadən məlumat verir.

Azərbaycanda iqtisadiyyatın dövlət sektorunda işləyənlərin sayı azalıb.

Meetbuat.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin açıqladığı məlumata görə, bu ilin aprelin 1-nə muzdla çalışan işçilərin 880,1 min nəfəri iqtisadiyyatın dövlət sektorunda işləyib.

Bu, ötən ilin uyğun dövrü ilə müqayisədə 18,9 min nəfər azdır.

2025-ci il aprelin 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1774,9 min nəfər olub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью