Dövlət Sərhəd Xidməti həqiqi hərbi xidmətə qəbul elan edir VİDEO

06.11.2024

Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmət keçmək arzusunda olan vətəndaşlar xidmətə qəbul olunmaq üçün sənədlərini təqdim edə bilərlər.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, namizədlər aşağıdakı tələblərə cavab verməlidirlər:

- Müddətli həqiqi hərbi xidmət keçmiş olmalı;

- 30 yaşı keçməməli;

- Fiziki cəhətdən sağlam olmalıdırlar.

Müraciət etmək istəyən kişi namizədlərin Dövlət Sərhəd Xidmətinin Aparatına və ya yaxınlıqda yerləşən hərbi hissələrin kadr bölmələrinə yaxınlaşması xahiş olunur.

Əlavə məlumat üçün:

Ünvan: Bakı şəhəri, Z.Əliyeva küçəsi, 30

Əlaqə nömrəsi: 012-493-62-47.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью