Icma.az bildirir, Azvision saytına əsaslanaraq.
Sentyabr ayının 9-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Lənkəran" sərhəd dəstəsinin xidməti ərazisində dövlət sərhədinin dağlıq və sıx meşəlik hissəsində istiqaməti itirərək İran İslam Respublikasından Azərbaycan Respublikasına keçən İran vətəndaşları – 2002-ci il təvəllüdlü Sadeq Necat Muhammed Reza Ruhullah və 2000-ci il təvəllüdlü Sadeq Necat Əmirhüseyn Ruhullah sərhədçilər tərəfindən saxlanılmışdır.
Araşdırma aparıldıqdan sonra qeyd olunan şəxslər rəsmi qaydada müqabil tərəfə təhvil verilib.
AzVision.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın. Araşdırma aparıldıqdan sonra qeyd olunan şəxslər rəsmi qaydada müqabil tərəfə təhvil verilib.
AzVision.az